Süni İntellekt nədir?
Süni İntellekt sahəsi sürətlə inkişaf edən sahələrdən biridir. Müasir dövrümüzün texnoloji inkişafını nəzərdən keçirdikdə, süni intellektin inkişafı nəticəsində ərsəyə gəlmiş yenilikləri görmək olar. Yüksək gəlir, tələbat və artmaqda olan iş fürsətləri süni intellektə olan marağın başlıca səbəblərindəndir. Süni intellektə yiyələnməklə, yüksək statuslu şirkətlərdə işləmək imkanı əldə edirsiniz. Süni intellekti öyrənməklə təkcə bilik yox, problem həll etmə bacarığı, ətrafınızdakı dünyaya fərqli bir baxış qazanırsınız. Təxminlərə görə süni intellekt cari və növbəti onilliyin aparıcı sahələrin siyahısında yerləşir.
Niyə Süni İntellekt?
Süni İntellekt sahəsi sürətlə inkişaf edən sahələrdən biridir. Müasir dövrümüzün texnoloji inkişafını nəzərdən keçirdikdə, süni intellektin inkişafı nəticəsində ərsəyə gəlmiş yenilikləri görmək olar. Yüksək gəlir, tələbat və artmaqda olan iş fürsətləri süni intellektə olan marağın başlıca səbəblərindəndir. Süni intellektə yiyələnməklə, yüksək statuslu şirkətlərdə işləmək imkanı əldə edirsiniz. Süni intellekti öyrənməklə təkcə bilik yox, problem həll etmə bacarığı, ətrafınızdakı dünyaya fərqli bir baxış qazanırsınız. Təxminlərə görə süni intellekt cari və növbəti onilliyin aparıcı sahələrin siyahısında yerləşirApplied AI Engineering tədris proqramı
- Applied AI Engineering tədris proqramının təşkilində əsas məqsədimiz tələbələrimizə süni intellekt prinsipləri və texnikaları ilə intellektual sistemlər inkişaf etdirmək və mürəkkəb problemləri həll etmək üçün lazımi bilik və bacarıqlarla təmin etmək, beynəlxalq sertifikat imtahanlarına hazırlamaqla, işlə təmin olunma prosesini rahatlaşdırmaq və sürətləndirməkdir.
- Proqram ümumilikdə 5 modula bölünür və 8 ay həftədə 3 dəfə olmaqla ümumilikdə 200 akademik saatdan ibarətdir. Modullar aşağıdakı kimidir:
- Python Fundamentals
- SQL
- Linear Algebra
- Statistics
- Machine Learning
- Deep Learning
- Tədris müddətində və tədris vaxtından kənar təyin olunmuş saatlarda, tələbələrimiz, dərs keyfiyyətinin artırılması məqsədilə təmin etdiyimiz mentor dəstəyi ilə, yaranmış boşluqları aradan qaldıra bilərlər
Üstünlüklər
- Süni intellektin sənayeləri dəyişdirdiyi bir dövrdə tələbələrimizin Süni İntellekt həllərini daha yaxşı mənimsəməsi üçün proqram müddətində tələbələrimiz ingilis dili dəstəyi ilə yanaşı Alas Academy tərəfindən təşkil olunan bütün Meetup və Masterclasslarda ödənişsiz iştirak etmə hüququ qazanırlar
- Proqram ərzində tələbələr tədrisdən əlavə mərkəzimizdə 7/24 fəaliyyət göstərən co-working məkanından və çalışma masalarından istifadə şansı əldə edirlər
- Tələbələrimiz tədris proqramını uğurla başa vuran tələbələr Alas Academy tərəfindən həyata keçirilən və yaxud dəstəklənən StartUp-larda təcrübə qazanmaq imkanı əldə edirlər
- Tələbələrimiz, Alas Academy-də yaranmış texnoloji icmanın bir üzvü olmaqla, daha çox şəxsi inkişaf və networking imkanı qazanırlar