Niyə PROQRAMLAŞDIRMA?
Proqramlaşdırma müasir dövrümüzün aparıcı bacarıqlarından biridir. Yüksək gəlir, tələbat və geniş is fürsətləri proqramlaşdırmaya göstərilən marağın başlıca səbəblərindəndir. Proqamlaşdırma bacarığına yiyələnməklə, gələcək karyeranıza yatırım edirsiniz. Belə ki, xaricdə iş imkanlarından bəhrələnmək və yüksək statuslu sirkətlərdə işləmək imkanı, Proqamlaşdırmanı öyrənməklə reallaşır. Proqamlaşdırma sadəcə bir peşə yox, sizə problem həll etmə bacarığını bəxş edir.
Java Back-end Proqramlaşdırma
Java proqramlaşdırma dili, Back-end develoment üzrə dünyaca məşhur və tələbatda olan dildir. Veb development, korporativ proqramlar, Database development, mikroservislər, şəbəkə proqramları, masaüstü proqramlar və mobil proqramlar Java ilə yarada biləcəklərinizin bir hissəsidir. Javanın verdiyi mütəqillik, geniş icma və resursları, yüksək performansı ilə yanaşı onu bir çox layihələr üçün yaxşı seçim edirTədris Proqramı
- Backend proqramlaşdırma tədris proqramımızın təşkilində əsas məqsədimiz tələbələrimizi dayanıqlı və səmərəli proqramlar yaratmaq üçün lazım olan bacarıq və biliklərlə təmin etmək, beynəlxalq sertifikat imtahanlarına hazırlamaqla işlə təmin olunma prosesini rahatlaşdırmaq və sürətləndirməkdir.
- Proqram ümumilikdə 4 modula bölünür və 8 ay həftədə 3 dəfə olmaqla ümumilikdə 200 akademik saatdan ibarətdir. Modullar aşağıdakı kimidir:
- Java
- Database Management and SQL
- Java Spring Framework
- Cloud Computing with AWS
- Tədris müddətində və tədris vaxtından kənar təyin olunmuş saatlarda, tələbələrimiz, dərs keyfiyyətinin artırılması məqsədilə təmin etdiyimiz mentor dəstəyi ilə, yaranmış boşluqları aradan qaldıra bilərlər
Üstünlüklər
- Süni intellektin sənayeləri dəyişdirdiyi bir dövrdə tələbələrimizin Süni İntellekt həllərini və proqramlaşdırma bacarığının gətirdiyi üstünlükləri daha yaxşı mənimsəməsi üçün proqram müddətində tələbələrimiz ingilis dili dəstəyi ilə yanaşı Alas Academy tərəfindən təşkil olunan bütün Meetup və Masterclasslarda ödənişsiz iştirak etmə hüququ qazanırlar
- Proqram ərzində tələbələr tədrisdən əlavə mərkəzimizdə 7/24 fəaliyyət göstərən co-working məkanından və çalışma masalarından istifadə şansı əldə edirlər
- Tələbələrimiz tədris proqramını uğurla başa vuran tələbələr Alas Academy tərəfindən həyata keçirilən və yaxud dəstəklənən StartUp-larda təcrübə qazanmaq imkanı əldə edirlər
- Tələbələrimiz, Alas Academy-də yaranmış texnoloji icmanın bir üzvü olmaqla, daha çox şəxsi inkişaf və networking imkanı qazanırlar