Niyə PROQRAMLAŞDIRMA?
Proqramlaşdırma müasir dövrümüzün aparıcı bacarıqlarından biridir. Yüksək gəlir, tələbat və geniş is fürsətləri proqramlaşdırmaya göstərilən marağın başlıca səbəblərindəndir. Proqamlaşdırma bacarığına yiyələnməklə, gələcək karyeranıza yatırım edirsiniz. Belə ki, xaricdə iş imkanlarından bəhrələnmək və yüksək statuslu sirkətlərdə işləmək imkanı, Proqamlaşdırmanı öyrənməklə reallaşır. Proqamlaşdırma sadəcə bir peşə yox, sizə problem həll etmə bacarığını bəxş edir.
Front-end proqramlaşdırma nədir?
Front-end Development, proqramlaşdırmanın qabaqcıl sahələrindəndir. Front-end proqramçı olmaqla, siz, müasir və interaktiv vebsaytlar və tətbiqlər yaratmaq dünyasına daxil olursuniz. Front-end proqramçı, sayt və ya tətbiqin müştəri tərəfinin ərsəyə gəlməsində iştirak edir. Bu peşəyə yiyələnmək üçün JavaScript, CSS və HTML-i yüksək səviyyədə bilmək zəruridir.Tədris Proqramı
- Frontend proqramlaşdırma tədris proqramının təşkilində əsas məqsədimiz tələbələrimizi müasir web texnologiyalarından istifadə edərək cəlbedici və interaktiv istifadəçi interfeysləri yaratmaq üçün tələb olunan bilik, bacarıq və təcrübə ilə təmin etməkdir.
- Proqram 4 modula bölünür və 6 ay həftədə 3 dəfə olmaqla ümumilikdə 144 saat akademik saatdan ibarətdir. Modullar aşağıdakı kimidir:
- HTML, CSS
- JavaScript
- React.js
- Web Performance and Tooling
- Tədris müddətində və tədris vaxtından kənar təyin olunmuş saatlarda, tələbələrimiz, dərs keyfiyyətinin artırılması məqsədilə təmin etdiyimiz mentor dəstəyi ilə, yaranmış boşluqları aradan qaldıra bilərlər
Üstünlüklər
- Süni intellektin sənayeləri dəyişdirdiyi bir dövrdə tələbələrimizin Süni İntellekt həllərini və proqramlaşdırma bacarığının gətirdiyi üstünlükləri daha yaxşı mənimsəməsi üçün proqram müddətində tələbələrimiz ingilis dili dəstəyi ilə yanaşı Alas Academy tərəfindən təşkil olunan bütün Meetup və Masterclasslarda ödənişsiz iştirak etmə hüququ qazanırlar
- Proqram ərzində tələbələr tədrisdən əlavə mərkəzimizdə 7/24 fəaliyyət göstərən co-working məkanından və çalışma masalarından istifadə şansı əldə edirlər
- Tələbələrimiz tədris proqramını uğurla başa vuran tələbələr Alas Academy tərəfindən həyata keçirilən və yaxud dəstəklənən StartUp-larda təcrübə qazanmaq imkanı əldə edirlər
- Tələbələrimiz, Alas Academy-də yaranmış texnoloji icmanın bir üzvü olmaqla, daha çox şəxsi inkişaf və networking imkanı qazanırlar