Niyə Kibertəhlükəsizlik?
Kibertəhlükəsizlik kompüter sistemlərini, şəbəkələri və məlumatları icazəsiz giriş, oğurluq və ya zədələnmədən qorumaq üçün vacibdir. Texnologiyadan artan asılılığımızla kiberhücum riskləri də artır. Məxfiliyi qorumaq üçün bu sahədə özünüzə investisya etməyiniz gələcəyiniz üçün çox vacibdir. Texnologiya inkişaf etdikcə kibertəhlükəsizliyin əhəmiyyəti yalnız artmağa davam edir və gün keçdikcə bu sahədə olan iş imkanları da bu trendi izləyir.
Kibertəhlükəsizlik nədir?
Kibertəhlükəsizlik kompüter sistemlərinin, şəbəkələrinin və məlumatların kibertəhlükələrdən qorunmasını əhatə edir. Buraya təhlükəsizlik tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi, risklərin qiymətləndirilməsi və şübhəli fəaliyyətin monitorinqi daxildir. Kiberhücumların artan tezliyi ilə sahənin mütəxəssislərinə yüksək tələbat var. Maliyyədən sahəsindən səhiyyəyə qədər, hökumət və şəxsi şirkətlərdə kibertəhlükəsizlik üçün əla iş fürsətləri var. Yüksək maaşa, uzunömürlü karyeraya və daim təlabəta sahib olan kibertəhlükəszilik yüksəlişiniz üçün ən yaxşı imkanlar təklif edir.Tədris Proqramı
- Kiber Təhlükəsizlik tədris proqramının təşkilində əsas məqsədimiz tələbələrimizi rəqəmsal sistemləri və şəbəkələri icazəsiz giriş və zərərli fəaliyyətlərdən qorumaq və müdafiə etmək üçün lazım olan bilik, bacarıq və təcrübə ilə təmin etmək, beynəlxalq sertifikat imtahanlarına hazırlamaqla, işlə təmin olunma prosesini rahatlaşdırmaq və sürətləndirməkdir.
- Proqram 2 modula bölünür və 8 ay həftədə 3 dəfə olmaqla ümumilikdə 200 akademik saatdan ibarətdir. Modullar aşağıdakı kimidir:
Pre-OSCP:
- Python Fundamentals
- Linux Fundamentals
OSCP
- Tədris müddətində və tədris vaxtından kənar təyin olunmuş saatlarda, tələbələrimiz, dərs keyfiyyətinin artırılması məqsədilə təmin etdiyimiz mentor dəstəyi ilə, yaranmış boşluqları aradan qaldıra bilərlər
- Süni intellektin sənayeləri dəyişdirdiyi bir dövrdə tələbələrimizin Süni İntellekt həllərini və proqramlaşdırma bacarığının gətirdiyi üstünlükləri daha yaxşı mənimsəməsi üçün proqram müddətində tələbələrimiz ingilis dili dəstəyi ilə yanaşı Alas Academy tərəfindən təşkil olunan bütün Meetup və Masterclasslarda ödənişsiz iştirak etmə hüququ qazanırlar
- Proqram ərzində tələbələr tədrisdən əlavə mərkəzimizdə 7/24 fəaliyyət göstərən co-working məkanından və çalışma masalarından istifadə şansı əldə edirlər
- Tələbələrimiz tədris proqramını uğurla başa vuran tələbələr Alas Academy tərəfindən həyata keçirilən və yaxud dəstəklənən StartUp-larda təcrübə qazanmaq imkanı əldə edirlər
- Tələbələrimiz, Alas Academy-də yaranmış texnoloji icmanın bir üzvü olmaqla, daha çox şəxsi inkişaf və networking imkanı qazanırlar