Alas Academy-nin Bakı Mühəndislik Universitetində təşkil etdiyi “BMU Qlobal və Yerli Mütəxəssislərlə Aİ və Kibertəhlükəsizliyin Gələcəyini Kəşf Et” adlı tədbirdə süni intellekt və kibertəhlükəsizlik sahələrindəki ən son inkişaflar geniş şəkildə müzakirə olunur.
Qlobal və yerli mütəxəssislər tədbirdə iştirak edərək bu sahələrin gələcəyini, tətbiq imkanlarını və potensial risklərini iştirakçılarla paylaşırlar.
Əsas mövzular arasında süni intellektin kibertəhlükəsizlikdəki rolu, Aİ texnologiyalarının təhlükəsizlik sistemlərinə inteqrasiyası, eləcə də kibertəhlükəsizliyin müasir çağırışlarına qarşı innovativ yanaşmalar yer alır.
Mütəxəssislər həmçinin texnologiyanın cəmiyyətə və insan həyatına təsiri, eyni zamanda bu sahədə ortaya çıxan etik məsələlər barədə də fikir bildirirlər.
Bu tədbir iştirakçılara Aİ və kibertəhlükəsizlik sahəsindəki trendləri yaxından izləmək, gələcək perspektivləri anlamaq və sahəyə dair biliklərini daha da dərinləşdirmək imkanı yaradır.
Alı Rza Bozkır
Özgür Özcan
Hakan Türköner