Nələr öyrənəcəksən?

Praktiki layihələr və real dünya nümunələri ilə

01

Serverlər necə işləyir?

Serverlərin iş prinsiplərini və idarə olunmasını öyrənəcəksən. Praktiki tapşırıqlarla dayanıqlı sistemlər qurmağı bacaracaqsan.

02

Məlumat bazaları, arxitextura və API-lar

Məlumat bazalarının yaradılması və idarəetməsini öyrənəcəksən. SQL və NoSQL texnologiyaları, API-larla sistemlər arasında məlumat mübadiləsini həyata keçirməyi bacaracaqsan.

03

Təhlükəsizlik və miqyaslana bilən sistemlər

Back-end sistemlərində təhlükəsizlik və performans əsaslarını mənimsəyəcəksən. Böyük və miqyaslana bilən layihələr hazırlaya biləcəksən.

Saytlar və tətbiqlər necə işləyir?

Müasir veb və mobil tətbiqlərin əsas yükünü back-end daşıyır. Performans, təhlükəsizlik və məlumatların düzgün idarə olunması yalnız güclü server bilikləri ilə mümkündür. Bu kurs sənə sadəcə kod yazmağı yox, dayanıqlı və miqyaslana bilən sistemlərlə işləməyi öyrədir.

Saytlar və tətbiqlər necə işləyir?

Lokal bacarıq, qlobal karyera

AI, FinTech, E-commerce və SaaS platformalarının hamısı back-end üzərində qurulur. Back-end proqramlaşdırma dünyanın hər yerində yüksək dəyərə malikdir. Bu biliklərlə sən yalnız yerli bazarla məhdudlaşmayacaq, remote və beynəlxalq iş imkanlarına real şəkildə yaxınlaşacaqsan.

Lokal bacarıq, qlobal karyera

Back-end təlimi kimlər üçündür?

Bu kursu kim üçün hazırladıq

💻

Veb-proqramlaşdırmaya həvəslilər

Serverlər, məlumat bazaları və API-larla işləməyi mərhələli şəkildə öyrənəcəksən. Real layihələrlə praktiki təcrübə qazanacaqsan.

🚀

Bilik və bacarıqlarını artırmaq istəyən proqramçılar

Sistem arxitekturası, performans optimallaşdırması və API-ların tətbiqi üzrə biliklərini dərinləşdirəcəksən. Bu bacarıqlar səni daha mürəkkəb və böyük layihələrdə işləməyə hazırlayacaq.

💼

Qlobal karyera və remote iş hədəfləyənlər

Məqsədin beynəlxalq şirkətlərdə remote işləməkdirsə, bu kurs sənə real imkanlar yaradacaq. Back-end biliklərinlə dayanıqlı və təhlükəsiz sistemlər quracaq, qlobal bazarda rəqabətədavamlı mütəxəssis olacaqsan.