Süni intellektlə gələcəyin texnologiyalarını yarat!
AI bu gün dünyanın ən böyük şirkətlərini irəli aparan əsas gücdür. Bu kursda Python, Machine Learning və Deep Learning öyrənərək real problemləri həll edən süni intellekt modelləri quracaqsan.
Süni intellekt(AI) mühəndisliyi hazırda dünyada ən sürətlə inkişaf edən və böyük dəyişikliklərə səbəb olan sahələrdən biridir. Beynəlxalq şirkətlər bu istiqamətdə ixtisaslaşmış mütəxəssislərə yüksək əməkhaqqı ilə iş imkanları təqdim edir. Elə isə sən də yepyeni məlumatlarla dolu bu böyük sahəyə indi Alas-da qoşul!
Praktiki layihələr və real dünya nümunələri ilə
NumPy, Pandas və scikit-learn kimi AI alətləri ilə verilənlərin təhlili və alqoritmlərinin tətbiqini öyrənəcəksən. Həmçinin TensorFlow və PyTorch kimi dərin kitabxanalar ilə neyron şəbəkələrinin qurulması və tətbiqi burada praktik olaraq izah olunacaq.
Verilənlərə əsaslanaraq qərarverici sistemlər qurmağı öyrənəcəksən. Supervised və Unsupervised Learning, Regression, Classification və digər metodlarla tanış olacaqsan. İlk AI modelini qurmağa hazır ol!
Neyron şəbəkələrinin işləmə prinsipini öyrən, CNN, RNN, Transformers kimi qabaqcıl AI modelləri ilə tanış ol və Generative AI ilə kreativ AI-lar yarat. Real problemləri həll edən ağıllı sistemlər qur.
Süni intellekt kursu ilə axtardığın SƏNİ tapacaqsan!
AI texnologiyalarını yaradıcı layihələr və biznes məqsədləri üçün istifadə etmək istəyənlərə çox uyğundur. Bu kurs sənə ideyaları prototiplərə çevirmək, Generative AI ilə yeni məhsullar yaratmaq imkanı verəcək.
Bu proqram data analitiklərə verilənlərdən daha ağıllı nəticələr çıxarmağı öyrədir. Burada dərin öyrənmə metodları ilə analitik bacarıqları artırmaq mümkündür.
Süni intellekt bu gün ağlına gələ biləcək hər sahədən, hər sosial-iqtisadi qrupdan insanın ortaq nöqtəsidir. Bu səhədə biliklərə yiyələn, o insanlara lazım olan məlumatları sən ötür. Bu vaciblik səni yüksək gəlirə, parlaq gələcəyə çatdırsın!
Süni intellekt təlimi ilə açılacaq qapılar
Google, Tesla, OpenAI kimi şirkətlər Süni İntellekt mütəxəssislərinə daim ehtiyac duyur. Sən də onlardan biri ola bilərsən!
AI tədqiqatçısı ol, süni intellekt sahəsinə yeni biliklər qazandır, qabaqcıl texnologiyaları inkişaf etdir. Bu səhədə işləmək həm sənə yüksək texniki bacarıqlar qazandıracaq, həm də beynəlxalq layihələrdə iştirakın yolu açılacaq.
Süni intellekt layihələrini idarə edərək texnoloji yenilikləri reallaşdırmaq imkanı qazanacaqsan. Bu vəzifə həm biznes, həm də texniki biliklərini inkişaf etdirəcək, komandalarla əməkdaşlıq bacarıqlarını gücləndirəcək.
Kurs haqqında ən çox verilən suallara cavablar
AI kursu əsasən Python üzərində qurulur, lakin layihələrdən asılı olaraq NumPy, Pandas, Scikit-Learn, TensorFlow, PyTorch kimi kitabxanalardan da istifadə edilə bilər.
Bəli, tədris müddətində quracağın ML, DL və Generative AI layihələri sənin şəxsi portfolionda yer alacaq və iş müraciətlərində üstünlük yaradacaq.
Hər modulun sonunda kiçik praktiki tapşırıqlar, kursun sonunda isə final layihəsi təqdim olunur. Sertifikat layihə nəticələrinə əsasən verilir.
Formu doldurun, tezliklə sizinlə əlaqə saxlayacağıq