Nələr öyrənəcəksən?

Praktiki layihələr və real dünya nümunələri ilə

01

Test növləri

Proqram təminatının düzgün işlədiyini yoxlamaq üçün müxtəlif test növlərini öyrənəcəksən. Funksional testlər proqramın tələb olunan funksiyaları yerinə yetirib-yetirmədiyini yoxlayır, qeyri-funksional testlər isə performans, təhlükəsizlik və istifadə rahatlığını qiymətləndirir. Hər test növü proqramın fərqli aspektlərini əhatə edir, bu da xətaların erkən aşkarlanmasına kömək edir.

02

Test alətləri

Qa kursu zamanı testləri avtomatlaşdırmaq və idarə etmək üçün müxtəlif proqram alətləri ilə tanış olacaqsan. Bu alətlər həm manual, həm də avtomatlaşdırılmış testlərin hazırlanmasına, icrasına və nəticələrinin izlənməsinə imkan verir. Populyar alətlər sırasında olan Selenium, JIRA, Postman və TestRail kimi alətləri öyrənəcəksən.

03

Proses və metodologiyalar

QA mühəndisi kimi proqram təminatının inkişafı prosesinin necə idarə olunduğunu və keyfiyyətin necə təmin edildiyini öyrənəcəksən. Agile, Scrum və Waterfall kimi metodologiyalar layihə idarəçiliyində testlərin yerini və vaxtını təyin etməkdə sənə kömək edəcək. Bu biliklər test prosesini düzgün planlaşdırmaq və komanda ilə effektiv işləmək üçün vacibdir.

Bu günün və gələcəyin aktual peşəsi

Rəqəmsal məhsullar artdıqca səhvsiz və etibarlı proqramlara ehtiyac da artır. Bu səbəbdən QA mühəndisləri bu gün də, gələcəkdə də texnologiya komandalarının vacib üzvü olacaq. QA bilikləri sənə stabil və davamlı karyera imkanları yaradacaq.

Bu günün və gələcəyin aktual peşəsi

İş mühiti ab-havasında praktiki təhsil

QA tester Kursu ilə Alas Academy-də öyrəndiklərini yalnız nəzəriyyədə yox, real ssenarilərdə tətbiq edərək peşəkar bacarıqlar qazanacaqsan. Nəticədə, işə hazır və özünə güvənən QA mütəxəssisi kimi karyerana başlaya biləcəksən.

İş mühiti ab-havasında praktiki təhsil

QA kursu kimlər üçündür?

QA kursu kim üçün hazırlandı:

🚀

IT sahəsinə yeni başlayanlar

Proqramlaşdırma və IT sahəsində təcrübən yoxdur, amma texnologiya dünyası sənin üçün çox cəlbedicidir? Bu kursda sıfırdan başlayaraq test məntiqini və QA əsaslarını aydın və praktik şəkildə öyrənəcəksən. Qısa müddətdə IT karyerana başlayacaqsan.

💼

IT biliklərini genişləndirmək istəyənlər

Artıq IT sahəsində müəyyən bilik və təcrübən var, lakin QA istiqamətində ixtisaslaşmaq istəyirsən? Doğru ünvandasan! Bu kurs mövcud biliklərini sistemləşdirəcək və onları real test proseslərində tətbiq etməyə imkan verəcək. Bu isə sənə peşəkar inkişaf və yeni karyera imkanları qazandıracaq.

💻

Karyerasını dəyişmək istəyənlər

Fərqli sahədəsən və perspektivli, gələcəyi olan bir ixtisasa yönəlmək istəyirsən. Burada praktik dərslər və real layihələr sayəsində qısa zamanda yeni sahəyə uyğunlaşacaqsan. QA mühəndisliyi stabil və uzunmüddətli karyera qurmaq üçün əlverişli seçimdir.