Nələr öyrənəcəksən?

Praktiki layihələr və real dünya nümunələri ilə

01

Proqramlaşdırma və OOP (Java)

Avtomatlaşdırma üçün proqramlaşdırma: dəyişənlər, şərtlər, dövrlər və kolleksiyalar; OOP prinsipləri (Encapsulation, Inheritance, Polymorphism, Abstraction); Git & GitHub ilə iş.

02

UI Automation (Selenium)

Selenium WebDriver ilə veb testlərin avtomatlaşdırılması: lokatorlar (CSS Selector, XPath), elementlərlə qarşılıqlı əlaqə, Implicit/Explicit Wait, TestNG/JUnit framework-ləri və Data-Driven Testing.

03

Framework və BDD

Page Object Model (POM) arxitekturası və Page Factory; BDD, Cucumber və Gherkin sintaksisi (Given-When-Then), Feature faylları və Step Definitions ilə oxunaqlı, dayanıqlı test framework-ü qur.

04

API Automation

RestAssured ilə API testlərinin avtomatlaşdırılması: GET/POST/PUT/DELETE sorğuları, Status Code yoxlanışı, JSON parsing, Hamcrest/AssertJ assertion-ları və Serialization/Deserialization (POJO).

05

CI/CD və Final layihə

Allure/Extent hesabatları, Parallel və Cross-browser testing, Jenkins/GitHub Actions ilə CI/CD, Maven/Gradle idarəsi; sıfırdan E2E framework (UI+API+BDD) və texniki müsahibəyə hazırlıq.

06

Tədrisə AI daxildir

QA Automation işlərini AI ilə necə sürətli görəcəyini öyrədirik: test skriptləri, lokatorlar və framework kodu üçün süni intellektdən istifadə — Codex, Claude Code, Copilot.

Bu günün və gələcəyin aktual peşəsi

Rəqəmsal məhsullar artdıqca səhvsiz və etibarlı proqramlara ehtiyac da artır. Bu səbəbdən QA mühəndisləri bu gün də, gələcəkdə də texnologiya komandalarının vacib üzvü olacaq. QA bilikləri sənə stabil və davamlı karyera imkanları yaradacaq.

Bu günün və gələcəyin aktual peşəsi

İş mühiti ab-havasında praktiki təhsil

QA tester Kursu ilə Alas Academy-də öyrəndiklərini yalnız nəzəriyyədə yox, real ssenarilərdə tətbiq edərək peşəkar bacarıqlar qazanacaqsan. Nəticədə, işə hazır və özünə güvənən QA mütəxəssisi kimi karyerana başlaya biləcəksən.

İş mühiti ab-havasında praktiki təhsil

QA kursu kimlər üçündür?

QA kursu kim üçün hazırlandı:

🚀

IT sahəsinə yeni başlayanlar

Proqramlaşdırma və IT sahəsində təcrübən yoxdur, amma texnologiya dünyası sənin üçün çox cəlbedicidir? Bu kursda sıfırdan başlayaraq test məntiqini və QA əsaslarını aydın və praktik şəkildə öyrənəcəksən. Qısa müddətdə IT karyerana başlayacaqsan.

💼

IT biliklərini genişləndirmək istəyənlər

Artıq IT sahəsində müəyyən bilik və təcrübən var, lakin QA istiqamətində ixtisaslaşmaq istəyirsən? Doğru ünvandasan! Bu kurs mövcud biliklərini sistemləşdirəcək və onları real test proseslərində tətbiq etməyə imkan verəcək. Bu isə sənə peşəkar inkişaf və yeni karyera imkanları qazandıracaq.

💻

Karyerasını dəyişmək istəyənlər

Fərqli sahədəsən və perspektivli, gələcəyi olan bir ixtisasa yönəlmək istəyirsən. Burada praktik dərslər və real layihələr sayəsində qısa zamanda yeni sahəyə uyğunlaşacaqsan. QA mühəndisliyi stabil və uzunmüddətli karyera qurmaq üçün əlverişli seçimdir.