IT karyeran buradan başlasın!
IT dünyasına sürətli və praktik giriş üçün help desk təlimi ilə bacarıqlarını inkişaf etdir. Kompüter, şəbəkə və proqram problemlərini tez və effektiv həll etməyi öyrən və karyeranda ilk addımı güclü at.
Help desk kursu: sistem səninlə işləyir!
Texniki nasazlıqdan, işin ləngiməsindən söhbət gedə bilməz. Çünki orada sən varsan. Bunun üçün help desk kursuna başla, kompüter, şəbəkə və avadanlıq problemlərini operativ həll etmək bacarığı qazan.
Praktiki layihələr və real dünya nümunələri ilə
Helpdesk kursu ilə kompüterin əllə toxunula bilən hissələri, yəni CPU, RAM, HDD və SSD kimi detalları öyrənəcəksən. Əməliyyat sistemləridən əsasən Windows, bəzən isə Linux və macOS izah olunur. Həmçinin proqram təminatı, driver-lar və şəbəkə əsaslarına (IP, DNS, router, Wi-Fi) dair biliklərə bu mərhələdə yiyələnəcəksən.
İstifadəçi problemlərinin diaqnostikası necə aparılır? Printer, internet, login və e-mail kimi tipik help desk problemlərinin həllini bu vaxt öyrənəcəksən. Ticket sistemləri və uzaqdan dəstək alətləri ilə işləmək sənə ətraflı izah olunacaq.
Helpdesk kursu nun bu hissəsində istifadəçi ilə düzgün və səbirli ünsiyyət qurmaq metodlarını öyrənəcəksən. Texniki məlumat sadə və anlaşılan dildə necə izah edilə bilər? Həmçinin burada stresli hallarda texniki problemi düzgün idarə və həll bacarıqları da qazanacaqsan.
Help Desk kursu ilə açılan qapılar
Help desk mütəxəssislərinə banklar, telekommunikasiya və müxtəlif texnologiya şirkətlər, beynəlxalq korporativlərdə daim ehtiyac var. Bu təlim sənə korporativ IT mühitində işləmək üçün lazım olan praktiki bacarıqları qazandıracaq.
Helpdesk kursu IT dünyasına giriş üçün ən çox tələb olunan istiqamətlərdən biridir. Texniki bilik və ünsiyyət bacarıqları ilə stabil gəlir əldə edə və gələcəkdə sistem inzibatçısı və ya şəbəkə mühəndisi kimi vəzifələrə yüksələ bilərsən.
Help desk kursu zamanı öyrəndiyin biliklər ilə uzaqdan texniki dəstək xidmətləri göstərə bilərsən. Bu bacarıqlar sənə həm yerli, həm də beynəlxalq müştərilərlə freelance və remote işləmək imkanı yaradacaq.
Kurs haqqında ən çox verilən suallara cavablar
Help desk istifadəçilərin kompüter, proqram və internet problemlərini həll edən texniki dəstək xidmətidir.
Çünki istifadəçilərin əksəriyyəti texniki deyil. Problemi səbirli, sadə və aydın dildə izah etmək əsasdır.
Level 1: sadə problemlər (şifrə, printer, internet);
Level 2: daha texniki problemlər (server, şəbəkə, sistem xətaları).
Formu doldurun, tezliklə sizinlə əlaqə saxlayacağıq