Süni İntellekt
Ətraflı…
Manual QA mühəndisliyini öyrənmək IT sahəsində karyera qapılarını daha sürətli açır.
Yüksək tələbat: Proqram təminatı hazırlanması sahəsində hər gün gedən inkişaf və rəqabət bacarıqlı QA mütəxəssislərə həm yerli, həm də xarici şirkətlərdə ehtiyacı daha da artırır.
Karyera inkişafı: QA manual, QA analitik, QA Test mütəxəssisi, karyera UAT (User Acceptance Testing) Tester, QA Konsultant, QA menecer, QA departamentinin rəhbəti kimi karyera imkanlarına sahib ola bilərsiniz.
Remote iş imkanı: Qlobal şirkətlərdə bu sahə üzrə tələbat daha çox olduğundan digər IT peşələrində olduğu kim, QA mühəndislər də xarici şirkətlərlə remote şəkildə çalışa və ya iş vizası ilə başqa ölkələrə köçə bilərlər.
Sürətli öyrənmək imkanı: Manual QA mühəndisliyini qısa müddətdə öyrənib, bu sahə üzrə iş sahibi ola bilərsiniz, üstəlik başlamaq üçün heç bir proqramlaşdırma və riyaziyyat biliyi tələb edilmir.
QA-in açılışı Quality Assurance – Keyfiyyətin Təminatı deməkdir. Manual QA mütəxəssisləri hazırlanan tətbiqlərin və ya bir funksionallığın keyfiyyətini təmin etmək üçün dəqiqliklə testlər aparırlar və aşkarlanan xətalar ilə bağlı proqramlaşdırma komandasına məlumat verirlər.
Avtomatlaşdırılmış testlərdən fərqli olaraq Manual QA mühəndisləri real insan interaksiyalarını simulyasiya edərək proqram təminatında olan “bug”ları və istifadəçi xətalarını aşkarlayırlar. Bu peşə sahibləri test planları hazırlayır və icra edir, tapılan xətaların dokumentasiyasını aparır, front-end və back-end proqramçılarla birlikdə çalışaraq proqram təminatının buraxılmasına qədər aşkarlanan bütün xətaların aradan qaldırılmasını təmin edir.
Manual QA dərsləri 3 ay həftədə 3 dəfə olmaqla tədris edilir, bu 3 dərsdən biri Mentor ilə öyrənilənlərin praktikasına ayrılır. Proqramın əsas məqsədi bu müddət ərzində tədris proqramının tələbə tərəfindən tam qavranılması və real praktika edilərək öyrənilməsidir.
Manual QA Mühəndisliyini məhz Alas Academy-də öyrənərək bu üstünlükləri əldə edirsiniz
– Akademiyada çalışma masalarından 7/24 istifadə imkanı;
– Dərs keyfiyyətini artırma məqsədi ilə, dərslərdə müəllimlərlə yanaşı mentorlar da sizə köməklik göstərir;
– Dərs günlərindən əlavə, Akademiyada qeyd olunmuş saatlarda mentorlarla ötən dərsləri praktika edirsiniz;
– Tədris proqramı müddətində və bitirdikdən sonra Alas Development Center tərəfindən həyata keçirilən layihələrdə ödənişli təcrübə imkanı;
– Tədris proqramını uğurla başa vuran tələbələr Alas Academy ilə tərəfdaşlıq edən mərkəzlərdə təcrübə imkanı qazanır;
– Alas Academy tərəfindən dəstəklənən texniloji icmaların tədbirlərinə qatılmaqla ətrafınızı və əlaqələrinizi genişləndirirsiniz.
QA Chapter Lead at Unibank
Gələcəyini biz düşündük!
Ünvan: AF Business House, 3. mərtəbə
Telefon:
+994 (55) 533 53 56
+994 (55) 533 53 60
Email: [email protected]
Copyright 2024 Alas Academy. All Rights Reserved
Tədris Müddətini Başa Vur, Beynəlxalq Sertifikat Əldə Edərək Remote Iş Imkanı Qazan!