Oracle DBA karyerası və OCM Hekayəsi– Talip Hakan Öztürk ilə seminar
Alas Academy-nin təşkil etdiyi “Oracle DBA Karyerası və OCM-in Hekayəsi” adlı seminar iştirakçılara Oracle sahəsində karyera imkanlarını və Oracle Certified Master (OCM) yolunun real təcrübəsini təqdim etməyə yönəlib.
Seminar zamanı DBMaster şirkətinin CEO-su Talip Hakan Öztürk Oracle DBA sahəsində öz 20 illik təcrübəsini bölüşəcək, həm nəzəri, həm də praktiki yanaşmalarla iştirakçılara faydalı məlumatlar ötürəcək.
Spiker Talip Hakan Öztürk haqqında
- Oracle üzrə 20+ illik təcrübə
- Oracle Certified Master və Oracle ACE Award sahibi
- DBMaster şirkətinin təsisçisi
Kimlər iştirak edə bilər?
- IT sahəsində karyera qurmaq istəyənlər
- Oracle üzrə ixtisaslaşmaq istəyənlər
- Sertifikat imtahanlarına hazırlaşanlar
