Rəqəmsal gələcəyinə addımla!
Bu təqaüd proqramı sənin kimi istedadlı gəncləri texnologiya dünyasına qazandırmaq üçün yaradılıb. 1 ay ərzində Python əsaslı fundamental proqramlaşdırma biliklərinə yiyələn və rəqəmsal sahədə təməli möhkəm at.
Bu təqaüd proqramını kim üçün hazırladıq
Proqrama müraciət üçün Cv və Motivasiya məktubunu bizə göndər.
Rəqəmsal Üfüqlər Təqaüd Proqramı, gənclərə tamamilə ödənişsiz və yüksək keyfiyyətli təhsil alma imkanı təqdim edir. Təqaüd qazanan tələbələr proqramlaşdırma kimi texnologiyanın əsas qolu üzrə dərslər alaraq, müasir rəqəmsal dünyada lazım olan bilik və bacarıqlara yiyələnirlər.1 ay davam edən proqrama seçildiyiniz halda tədrisin bütün ödənişini Alas Academy öz öhdəsinə götürür.
Rəqəmsal Üfüqlər təqaüd proqramı ilə 1 aylıq, Python əsaslı fundamental proqramlaşdırma öyrənirsən. Bu bilik innovativ sahələrə qapı açır.Bu bilik innovativ sahələrə qapı açır.
Təqaüd proqramı Alas Academy-nin dəstəyi ilə təşkil edilir. Alas Academy real dünya tələblərinə uyğun olaraq praktik yanaşma ilə təhsil verir. Bizim kurslarımız yalnız nəzəri biliklər deyil, həm də layihələr üzərində işləməklə peşəkar bacarıqların inkişafını təmin edir.Bizim kurslarımız yalnız nəzəri biliklə real dünya tələblərinə uyğun yanaşma ilə təhsil verir
Proqrama müraciət üçün Cv və Motivasiya məktubunu bizə göndər.
Bu təqaüddən sonra açılan qapılar
Python əsaslı biliklərinlə Junior Python Developer, proqramlaşdırma üzrə təcrübəçi və IT Support kimi başlanğıc rollarda iş imkanı əldə edəcəksən . Bu proqram texnologiya dünyasına daxil olmaq üçün ideal seçimdir.
Bu proqram süni intellekt, "Machine Learning" və avtomatlaşdırma sahələrinə keçid üçün güclü baza yaradır. Qazandığın fundamental biliklər sayəsində innovativ texnologiyalarla çalışan müasir komandalara qoşulacaqsan.
Python və IT bilikləri müxtəlif sahələrdə tətbiq oluna bildiyi üçün proqram məzunları texnologiya ilə əlaqəli bir çox fərqli rolda inkişaf potensialı qazanırlar.
Təqaüd haqqında ən çox verilən suallara cavablar
Proqram çərçivəsində Python əsaslı fundamental proqramlaşdırma dərsləri keçirilir. İştirakçılar proqramlaşdırmanın əsas anlayışlarını və praktiki tətbiqlərini öyrənirlər.
Çünki "Rəqəmsal üfüqlər" təqaüd proqramı texnologiya sahəsinə ilk addımlarını atmaq istəyən gənclər üçün tamtəqaüdlü və praktikyönlü təhsil imkanı yaradır.
Namizədlər tərəfindən göndərilən CV formaları və motivasiya məktubları əsasında ilkin qiymətləndirmə aparılır. Namizədlərin marağı, potensialı və proqramdan gözləntiləri nəzərə alınaraq seçim edilir. Seçilən iştirakçılar "Rəqəmsal üfüqlər" təqaüd proqramında iştirak etmək fürsəti qazanırlar.
Formu doldurun, tezliklə sizinlə əlaqə saxlayacağıq