Alas Academy
  • Back
  • Ana Səhifə
  • Haqqımızda
  • Kurslar
    • Süni İntellekt Təlimi
    • Data analtika
    • QA Mühəndisliyi
    • Oracle Təlimi
    • Daha çox
  • Təqaüdlər
    • İşə başla ödə
  • Tədbirlər
  • Məqalələr
  • Əlaqə
  • Home
  • Məqalələr
  • Data təhlili
  • Oracle nədir?
Data təhlili

Oracle nədir?

oracle, data analitika, data
2 minutes read December 1, 2025
  • Share:

Oracle — dünyanın ən güclü və ən çox istifadə olunan məlumat bazası idarəetmə sistemlərindən (Database Management System) biridir. Əsas məqsədi böyük həcmli məlumatları saxlamaq, idarə etmək, təhlükəsiz qorumaq, və lazım olanda sürətli şəkildə əldə etməkdir.

Bu sistem Oracle Corporation tərəfindən hazırlanıb və uzun illərdir banklar, hökumət qurumları, telekom, maliyyə, sığorta, sənaye və digər böyük müəssisələr tərəfindən istifadə olunur.

Qısaca, Oracle — böyük həcmli məlumatların etibarlı, sürətli və təhlükəsiz şəkildə idarə olunması üçün qurulmuş peşəkar məlumat bazası platformasıdır.

Oracle nə üçün istifadə edilir?

Oracle-ın gücü geniş miqyasda işləməsidir. Şirkətlər Oracle-ı seçmə səbəbləri aşağıda qeyd edilib:

1. Böyük həcmli məlumatları problemlərsiz idarə edir.

Bank kimi qurumlarda gündə milyonlarla əməliyyat olur. Oracle bu yükü rahatlıqla daşıyır.

2. Təhlükəsizlik səviyyəsi yüksəkdir.

Oracle məlumatların şifrələnməsi, audit, istifadəçi səlahiyyətləri və təhlükəsizlik qatları ilə çox güclü müdafiə təmin edir.

3. Yüksək sürətli performans verir.

Optimallaşdırma imkanları, indekslər və caching mexanizmləri sayəsində sorğular çox sürətli işləyir.

4. Yüksək mövcudluq (high availability) təmin edir.

Sistem kəsilməsin deyə Data Guard, RAC kimi texnologiyalar istifadə olunur.

5. Şirkət səviyyəsində dayanıqlıdır.

10 nəfərlik şirkətdən tutmuş 10 min nəfərlik korporasiyaya qədər işləyir.

Oracle istifadə olunan sahələr:

  • Banklar və maliyyə institutları
  • E-commerce və böyük onlayn platformalar
  • Dövlət qurumları
  • Telekom şirkətləri
  • Sığorta sektoru
  • B2B software şirkətləri

Əgər bir yerdə “kritik məlumat” və “dayanmayan sistem” tələb olunursa, bu zaman Oracle-dan istifadə edilməlidir.

Oracle sisteminin əsas komponentləri nələrdir?

Oracle-ı başa düşmək üçün üç anlayış kifayətdir:

• Oracle Database- Məlumatların saxlandığı əsas sistem.

• Oracle SQL & PL/SQL- Məlumat bazasına sorğular yazmaq və prosesləri avtomatlaşdırmaq üçün dillər.

• Oracle DBA (Database Administrator)- Sistemi quran, idarə edən və optimallaşdıran mütəxəssis.

Oracle SQL və PL/SQL nədir?

Oracle SQL – məlumatların seçilməsi, əlavə edilməsi, yenilənməsi və silinməsi üçün istifadə olunan sorğu dilidir.
PL/SQL – Oracle-a məxsus proqramlaşdırma dilidir. Funksiya, prosedur, trigger kimi avtomatik işləri yazmağa imkan verir.

Sadə deyək: SQL məlumatlarla işləyir, PL/SQL isə sistemi “ağıllı” edir.

Oracle necə öyrənmək olar?

Oracle öyrənmək ardıcıllıq tələb edir. Addım-addım belə bir yol xəritəsi var:

1. Oracle SQL ilə başla

Bu təməl mərhələdir. SELECT, JOIN, GROUP BY, subquery — hamısı burada öyrənilir.

2. PL/SQL öyrən

Daha sonra funksiya, prosedur, cursor, package kimi anlayışlar gəlir.

3. Oracle Architecture-ı başa düş

SGA, PGA, instance, process-lər — bunlar DBA səviyyəsinə keçmək üçündür.

4. Praktiki layihələr qur

Mini CRM, satış bazası, ERP database — ən yaxşı tədris real layihədir.

5. Sertifikat düşün (istəyə bağlı)

Oracle Certified Associate (OCA) və Oracle Certified Professional (OCP) sertifikatları karyera üçün dəyər qatır.

oracle, oracle nədir

Oracle öyrənməyin verdiyi karyera imkanları

Oracle bilənlər üçün bazarda tələbat çox yüksəkdir, çünki:

  • Banklarda Oracle əsas sistemdir
  • Böyük şirkətlərdə məlumat bazası olaraq Oracle üstünlük təşkil edir
  • Oracle DBA-ların maaşı ümumilikdə yüksək olur
  • Uzaqdan işləmə imkanları var
  • Təcrübəli Oracle mütəxəssisləri beynəlxalq layihələrə rahat qoşula bilir

Yəni Oracle həm sabit, həm də gəlirli bir karyera istiqamətidir.

Oracle-ı kimlər öyrənə bilər?

 • Data Analyst olmaq istəyənlər
• Backend developerlər
• SQL başlamaq istəyən yeni başlayanlar
• DBA karyerası qurmaq istəyənlər
• Korporativ IT sistemlərində işləmək istəyənlər

Yəni xüsusi “programmer olmalısan” şərti yoxdur — sıralı şəkildə öyrənmək kifayətdir.

ALAS Oracle təlimi praktik, real layihələr üzərindən Oracle bazalarının qurulması, idarə edilməsi və optimallaşdırılmasını öyrədən peşəkar proqram kimi təqdim olunur.

  • Share:
Əvvəlki
Data Analitikasında Maşın Öyrənməsinin Rolu
1 minute read
Növbəti
Data Təmizləmənin Əhəmiyyəti və Üsulları
2 minutes read
No comments yet! You be the first to comment.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Yeni Məqalələr

  • kibertəhlükəsizlik, kibertəhlükəsizlik qaydaları, fişinq, deepfake, quishing, SIM swap, passkey, 2FA, infostealer, Zero Trust, NIST CSF 2.0, kiberhücum, parol meneceri,kiberhücumlardan necə qorunmaq olar, süni intellekt dövründə kibertəhlükəsizlik qaydaları, deepfake səs fırıldaqçılığından necə qorunmalı, QR kodla fişinq hücumu nədir, SIM swap hücumundan qorunma yolları, iki faktorlu autentifikasiya necə aktivləşdirilir, passkey nədir və necə istifadə olunur, hesab sındırılıbsa nə etməli, kiçik biznes üçün kibertəhlükəsizlik qaydaları, Azərbaycanda fırıldaqçılıq ssenariləri, bankın təhlükəsizlik xidməti adından saxta zənglər, ailə üçün kod söz deepfake zənglərə qarşı
    Kibertəhlükəsizlik qaydaları 2026: süni intellekt dövründə özünüzü və biznesinizi necə qorumalı?October 21, 2026
  • İtaliyada təhsil, İtaliyada təhsil 2026, İtaliyada universitet, İtaliya universitetləri, İtaliyada bakalavr təhsili, İtaliyada magistr təhsili, İtaliyada təqaüdlə təhsil, İtaliyada pulsuz təhsil, DSU təqaüdü, İtaliyada təhsil haqqı, İtaliyada qəbul şərtləri, İtaliyada təhsil üçün sənədlər, İtaliya tələbə vizası, Universitaly, CIMEA, Declaration of Value, ISEE, ISEE Parificato, IELTS, İtaliyada ingilis dilində təhsil, İtaliyada yaşayış xərcləri, İtaliyada tələbə həyatı, İtaliyada işləmək, İtaliyada təqaüd, İtaliyada universitetə qəbul, İtaliyada təhsil üçün müraciət,İtaliyada təhsil almaq üçün nə etmək lazımdır, İtaliyada təqaüdlə necə oxumaq olar, İtaliyada təhsil haqqı nə qədərdir, İtaliyada bakalavr üçün qəbul şərtləri, İtaliyada magistr təhsili üçün sənədlər, İtaliyada IELTS olmadan təhsil mümkündürmü, DSU təqaüdü necə alınır, İtaliyada universitetə necə müraciət etmək olar, İtaliya tələbə vizası üçün hansı sənədlər lazımdır, İtaliyada tələbə kimi işləmək mümkündürmü
    İtaliyada təhsil almaq üçün nə bilmək lazımdır?October 13, 2026
  • white hat hacker, black hat hacker, ethical hacker, ethical hacking, etik haker, ağ papaqlı haker, qara papaqlı haker, white hat hacker nədir, black hat hacker nədir, white hat və black hat fərqi, hacker növləri, kibertəhlükəsizlik, kibertəhlükəsizlik mütəxəssisi, penetration testing, pentest, informasiya təhlükəsizliyi, cybersecurity, ethical hacking kursu, kibertəhlükəsizlik kursu, kibertəhlükəsizlik təlimi
    White Hat Hacker və Black Hat Hacker nədir və aralarındakı əsas fərq nədən ibarətdir?October 13, 2026
  • GitHub, GitHub istifadə qaydası, GitHub nə üçün istifadə olunur, Git və GitHub fərqi, GitHub repository nədir, GitHub repository yaratmaq, GitHub hesabı necə açılır, GitHub branch nədir, GitHub commit nədir, GitHub pull request nədir, GitHub merge nədir, GitHub clone nədir, GitHub fork nədir, GitHub push nədir, GitHub pull nədir, GitHub-a layihə yükləmək, GitHub layihə paylaşmaq, GitHub yeni başlayanlar üçün, GitHub dərsləri, GitHub proqramlaşdırma, GitHub versiya idarəetmə, Git versiya nəzarəti, repository nədir, branch nədir, commit nədir, pull request nədir, open source nədir, GitHub ilə komanda işi, GitHub portfolio, developer GitHub hesabı.
    GitHub nədir və necə istifadə olunur? Yeni başlayanlar üçün ətraflı GitHub bələdçisiSeptember 25, 2026
  • QA tester QA tester nədir QA tester maaşı Azərbaycanda QA maaşı QA tester olmaq software testing software tester QA Engineer Manual QA Automation QA Automation Testing
    QA Tester kod bilməlidirmi? Software Testing üçün proqramlaşdırma vacibdirmi?September 23, 2026

Alas Academy olaraq, texnologiyanın sərhədsiz imkanlarını hər kəs üçün əlçatan etmək üçün çalışırıq. 2020-ci ildən bəri proqramlaşdırma və analitika sahəsində minlərlə tələbəni gələcəyin peşəkarına çeviririk. Düzünü desək, sırf kod yazmağı öyrətmək bizim işimiz deyil.

Facebook-f Instagram Linkedin Youtube Tiktok
Kurslar
  • Data analitika
  • Oracle Database
  • Süni intellekt mühəndisliyi
  • QA Mühəndisliyi
  • Kibertəhlükəsizlik
  • Front-end
Faydalı Linklər
  • Haqqımızda
  • Əlaqə
  • Kurslar
  • Bloqlar
  • Təqaüdlər
  • Tədbirlər
  • FAQ
Əlaqə
  • +994 10 265 45 82
  • +994 10 265 45 85
  • [email protected]
  • Müəlliflik hüququ © 2026 Alas Academy.
  • By Ondigital.az
Ana səhifəCoursesAxtarAccount